Ermənistanın Baş naziri Nikol Paşinyan gicitkən şorbasından həzz aldığı videonu paylaşıb.
Bakupost.az xəbər verir ki, o, videoya "Yaz gecikir, amma gicitkən şorbası gecikmir" şərhini yazıb.
Qeyd edək ki, Paşinyan hər zaman gündəlik həyatına aid görüntülərlə sosial şəbəkələrdə gündəmə gələn siyasətçilərdən biri kimi tanınıb. Bundan öncə də onun müxtəlif yerlərdə sadə yeməklər yeyərkən paylaşdığı videolar və fotolar dəfələrlə müzakirə obyektinə çevrilib.