Ru
20:16 / 16 Mart 2026

Xamenei onu özünə müşavir təyin etdi

Xamenei onu özünə müşavir təyin etdi
Eye

İranın yeni Ali Lideri Ayətullah Müctəba Xamenei ölkənin hərbi rəhbərliyində mühüm təyinat reallaşdırıb.

Bakupost.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı, 71 yaşlı general Möhsün Rzayi Ali Liderin hərbi müşaviri təyin edilib.

Məlumata görə, Müctəba Xamenei bu təyinatla bağlı xüsusi fərman imzalayıb.

Qeyd edək ki, SEPAH-ın ideoloji və hərbi sütunlarından biri hesab olunan Rzayi, uzun illər bu quruma rəhbərlik edib və sonradan ölkənin siyasi sistemində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, M. Rzayi SEPAH-ın formalaşmasında və İran-İraq müharibəsi zamanı hərbi əməliyyatların idarə olunmasında əsas fiqurlardan biri olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar