Ru
20:29 / 12 May 2026

4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı

4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
Eye

Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar