Ru
23:37 / 04 Dekabr 2025

4 türk ölkəsinin vətəndaşına Azərbaycanla bağlı bu sual ünvanlandı, heç biri bilmədi - VİDEO

4 türk ölkəsinin vətəndaşına Azərbaycanla bağlı bu sual ünvanlandı, heç biri bilmədi - VİDEO
Eye

Türk Dünyası Gənclik Şurası bir neçə türk ölkəsinin vətəndaşına "Türk dünyasında qadınlara seçmə və seçilmə haqqını hansı ölkə verib?" sualını ünvanlayıb.


Bakupost.az xəbər verir ki, sorğuda Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan vətəndaşı iştirak edib.


Sorğu iştirakçıları hər biri daha çox Türkiyə Cümhuriyyəti variantının üstündə dayanaraq, Atatürk dövründə bunun baş verdiyini bildirib.


Sorğunun nəticəsi isə şuranın səhifəsində paylaşılıb:


"Hər kəs "Türkiyə" olaraq bilsə də, həqiqət tamamilə başqadır! 1918-ci ildə qurulan Azərbaycan Demokratik Cümhuriyəti qadınlara seçmək və seçilmə hüququ verən ilk türk dövlətidir", - paylaşımda qeyd olunub.

Asena,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar