Ru
16:26 / 08 Aprel 2026

4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edildi

4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edildi
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk rübündə 4117 şəxs evlərində səyyar formada sosial xidmətlə təmin olunub.

Bakupost.az xəbər verir ki, onlardan 3786 nəfəri tənha ahıl, 331 nəfəri isə əlilliyi olan şəxslərdir.

Sosial xidmətçilər tərəfindən onlara gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-veriş və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib.

Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıl şəxslər və tənha əlilliyi olan şəxslər yararlana bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar