ABŞ-nin Cənubi Karolina ştatının sakini özünü şanslı hiss etdiyi üçün eyni lotereya kombinasiyası ilə 50 bilet alıb.
"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, onun intuisiyası doğru çıxıb. Alınan 50 biletin hamısı uduşlu olub və kişiyə ümumilikdə 250 min dollar qazandırıb.
“Özümü şanslı hiss etdim”, – deyə qalib bildirib. O, qazanc gətirən rəqəm kombinasiyası ilə bir daha bilet almayacağını söyləyib. Qalib hesab edir ki, eyni şansın ikinci dəfə təkrarlanması çox çətindir.
Qeyd edək ki, daha əvvəl Merilend ştatında bir qadın ardıcıl üç uduşlu lotereya bileti alaraq 150 min dollar qazanmışdı. O, pulu evinin təmirinə xərcləməyi planlaşdırırdı.