Ru
22:21 / 06 May 2026

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı
Eye

Türkiyəli müğənni Şebnem Ferah 6 illik fasilədən sonra səhnələrə qayıtmaq qərarı ilə yenidən gündəmə gəlib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur müğənninin iyunun 3-də İstanbul şəhərində baş tutacaq konserti üçün satışa çıxarılan biletlər 40 dəqiqə ərzində tükənib.

Bildirilib ki, biletlərin satışa çıxarıldığı ilk dəqiqələrdən etibarən onlayn platformalarda böyük sıxlıq yaranıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi şəxslər biletləri kütləvi şəkildə alaraq daha sonra onları qara bazarda 80 min liraya (3050 manat) qədər qiymətlə satışa çıxarıblar.

Qeyd edək ki, Şebnem Ferah sonuncu dəfə 2019-cu ildə konsert proqramı ilə çıxış etmişdi.

Onun uzun fasilədən sonra səhnəyə dönməsi xəbəri qısa zamanda sosial mediada böyük maraqla qarşılanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar