Ru
23:55 / 06 May 2026

Sarkozi həbs cəzasından azad edildi

Sarkozi həbs cəzasından azad edildi
Eye

Fransanın 2007-2012-ci illərdə prezidenti olmuş Nikolya Sarkozi 2012-ci il seçki kampaniyası xərclərinin normadan artıq olması işi üzrə cəzanın icrası çərçivəsində şərti olaraq vaxtından əvvəl azad edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib.

Məhkəmə Sarkozinin cəzanın icra qaydasının yüngülləşdirilməsi ilə bağlı vəsatətini təmin edib. Beləliklə, sabiq prezident bu iş üzrə çəkməli olduğu altı aylıq real həbs müddətini elektron qolbaqla keçirməyəcək.

Xatırladaq ki, istintaq Sarkozinin seçki kampaniyasına 42.8 milyon avro topladığını, bunun isə qanunla nəzərdə tutulan limiti iki dəfə aşdığını bildirib. 16 fevral 2016-cı ildə ona rəsmi ittiham irəli sürülüb. 2024-cü ilin fevralında Paris Apellyasiya Məhkəməsi Sarkozini təqsirli bilib və bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu cəzanın altı ayı real, altı ayı isə şərti olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar