Ru
10:40 / 11 May 2026

7 ölkə Rusiya pasportuna qadağa qoydu

7 ölkə Rusiya pasportuna  qadağa qoydu
Eye

Bir sıra ölkələr Rusiya Federasiyasının biometrik olmayan pasportlarını qəbul etməyi dayandırıb.


Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunlar Danimarka, Malta, Çexiya, İslandiya, Norveç, Litva və Estoniyadır. Bu ildən həmin ölkələr biometrik olmayan pasportlardan istifadəyə tam qadağa tətbiq ediblər.

Moskva Dövlət Hüquq Universiteti nəzdində fəaliyyət göstərən Hüquqşünas Bloqerlər Birliyinin üzvü Qalina Zemskova bildirib ki, Fransa da qadağa tətbiq edib, lakin bəzi istisnalar mövcuddur:
15 yaşdan kiçik uşaqların girişinə icazə verilir;
1 iyun 2025-ci ildən əvvəl alınmış Şengen vizası olan şəxslər ölkəyə daxil ola bilərlər.

Finlandiya da bu ilin yayının əvvəlindən oxşar tədbirlər tətbiq etməyi planlaşdırır. İstisnalar isə:
18 yaşdan kiçik şəxslərə;
1 iyun 2026-cı ildən əvvəl verilmiş Finlandiya yaşayış icazəsi olanlara aid olacaq.

Bundan əlavə, Finlandiya vizası sahibləri üçün ilin sonuna qədər keçid dövrü qüvvədə qalacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar