Ru
13:52 / 24 İyul 2020

86 il sonra ilk namaz izdihamı - Aya Sofiyadan ilk FOTOLAR

4436
Bu gün 86 illik fasilədən sonra Aya Sofiyada ilk namaz qılınıb.

Cümə namazı ilə adıçəkilən tarixi abidə ibadətə açılacaq. Bütün dünyanın diqqəti ristian ölkələrin bütün etirazlarına baxmayaraq ibadətə açılan Aya Sofiyaya yönəlib.

Artıq məsciddə Qurandan ayələrin oxunmasına başlanılıb. İlk namaz qılanlar arasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Onu dövlət rəsmiləri, nazirlər də müşayiət edir.

Açılışı görmək, tarixi ana şahidlik etmək, ilk namaza qatılmaq istəyənlər "Ayasofya-i Kebir Cami-i Şerifi"də böyük izdihama səbəb olublar. Əraziyə gecə saatlarından minlələr insan axışıb. Namaz üçün ayrılan yerlər vaxtından çox öncə dolduğu üçün İstanbul valisi xalqa müraciət edib. Ali Yerlikaya “Ayasofya” ətrafında namazı qılmaq üçün nəzərdə tutulan yerlərin dolduğunu, bu səbəbdən əraziyə girişlərin bağlandığını söyləyib. Həmçinin tarixi məkana yaxın olan metrostansiyalar fəaliyyətini dayandırıb. Eyni zamanda izdihama görə böyük tıxaclar yaranmağa başlayıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər