Ru
11:03 / 26 Aprel 2024

"Paşinyanı terrorla aradan götürə bilərlər” - Politoloq

2158
“Bu gün Azərbaycanla Ermənistan arasında sülhə mane olan qüvvələr var. Bu qüvvələrdən biri Fransadır. Rəsmi Paris erməni lobbisi və daşnaklar vasitəsilə sülhə əngəl yaratmaq istəyir”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, Rusiyada da müəyyən dairələr sülhə əngəl yaratmaq istəyindədir. Onların Paşinyanı devirmək, ona sui-qəsd etməklə bu prosesi pozmaq niyyətləri açıq-aydın ortadadır:

“Onlar hansısa terror qruplaşması tərəfindən bunu həyata keçirə bilərlər. Terror ermənilərin siyasi mədəniyyətlərinin tərkib hissəsidir. Bunların ideoloqları da bəllidir, sosial şəbəkələrdə çağırış edirlər, revanşdan danışırlar, Paşinyanı kürsüsündən salmaq niyyətlərini gizlətmirlər və s. Bununla proseslərin sülhlə yekunlaşmasına əngəl yaratmaq istəyirlər”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər