Ru
11:17 / 24 Fevral 2021

9 ildən sonra Bakıda ən aşağı temperatur - Nə qədər davam edəcək?

1763
“2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub”.

Bu barədə “Bakupost”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da rekord göstərici idi.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər