Ru
19:08 / 25 Aprel 2024

NATO Rusiyaya qarşı təlimlər keçirir

NATO Rusiyaya qarşı təlimlər keçirir
Eye

Bu il NATO "soyuq müharibə"dən bu yana Avropada ən böyük təlimlərə başlayıb. Qurumdan Rusiyaya qarşı təlim keçirildiyi ilk dəfə rəsmən açıqlanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO Müttəfiq Quru Qoşunlarının komandanı general Darryl Uliyams Alyansa üzv ölkələrin Avropada yazda başladıqları təlimlərin əslində Rusiyaya qarşı olduğunu deyib.

O, bunun soyuq müharibədən sonra ən geniş təlimlər olduğunu vurğulayıb. Qeyd edib ki, adətən, keçmişdə bu cür təlimlərdə düşmənin adı açıqlanmırdı. Bu dəfə isə düşmənin kim olduğu elan edilib.
“Bu il əslində Rusiyaya qarşı təlimlər keçiririk. Biz potensial düşmənimizlə mübarizə aparırıq"- deyə o, bildirib.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar