Ru
10:54 / 05 Oktyabr 2026

Paşinyanın arvadı 2031-ci ildə baş nazir olacaq? – Özü açıqladı

Paşinyanın arvadı 2031-ci ildə baş nazir olacaq? – Özü açıqladı
Eye

Bir müddətdir Ermənistanda qadınlara qarşı zorakılıq əleyhinə aktiv kampaniyalar həyata keçirən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı maraqlı iddia ortaya atılıb.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bir erməni gənc sosial şəbəkədə video paylaşaraq Akopyanın bu yolla ölkədəki qadınlardan səs toplamağı hədəflədiyini, 2031-ci ildə Paşinyanın rəhbərlik etdiyi Mülkü Müqavilə Partiyasından baş nazirliyə namizədliyini irəli sürəcəyini söyləyib.

Gəncin videosu Ermənistanda gündəm olub, iddia sürətlə yayılıb və ictimaiyyətdə müzakirələrə səbəb olub.

Nəticədə Anna Akopyan bu iddiaya rəsmi cavab verib və gələcəkdə baş nazirliyə namizəd olmaq kimi bir məqsədinin olmadığını söyləyib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar