Qızıl fyuçerslərinin qiyməti bu gün 4,5% ucuzlaşaraq son 14 ayın ən aşağı səviyyəsinə düşüb.
"Bakupost" xəbər verir ki, Nyu Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 3.520 ABŞ dollarına bərabər olub.
Azalmaya dekabrda ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artıracağı ehtimalının 94%-ə çatması və ABŞ dollarının kəskin möhkəmlənməsi səbəb olub.
Makroiqtisadi sərtləşmə amilləri qızılın təhlükəsiz investisiya vasitəsi kimi cəlbediciliyini də azaldıb. ABŞ dövlət istiqrazlarının gəlirliliyinin 5%-i ötən səviyyələrə yüksəlməsi gəlir gətirməyən qızıl aktivlərinə investisiya marağını zəiflədib.
ABŞ dollarının kəskin möhkəmlənməsi etni zamanda gümüş fyuçerslərinin son 52 həftənin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 7.17% ucuzlaşaraq 41.17 ABŞ dolları təşkil edib.