Ru
10:35 / 20 Noyabr 2026

Şahdağa qar yağır

Şahdağa qar yağır
Eye

Noyabrın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Bakupost"a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb.

Şahdağda isə arabir qar yağır.

Düşən yağıntının miqdarı Şahbuzda 10, Şərurda 4, Daşkəsən, Tovuz və Ordubadda 3, Gədəbəy, Sədərək, Culfa, Sarıbaş (Qax), Ağstafa və Kişçayda (Şəki) 2, Göygöl, Gəncə, Şəmkir, Balakən, Naxçıvan, Şabran, Mingəçevir, Zaqatala, Yevlaxda 1 mm-dir.

Bəzi yerlərdə qərb, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Yardımlıda 25, Oğuz, Naftalan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 24, Goranboyda 23, Tərtərdə 22, Daşkəsən, Mingəçevir, Şəki, Şahdağ və Neftçalada 20, Qobustanda 19, Kəlbəcər, Altıağac, Lerik, Bərdə və Ağdamda 18, Gədəbəy və Şəmkirdə 16, Zəngilanda 15 m/s-dək güclənir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar