Ru
12:19 / 20 Noyabr 2026

Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” - FOTO

Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” - FOTO
Eye

Müğənni və bəstəkar Murad Arif sosial şəbəkədə ünvanına yazılan tənqidi şərhə kəskin reaksiya göstərib.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, sənətçi onun keçmiş fəaliyyətini alçaldıcı şəkildə təqdim edən izləyicinin fikirlərinə etiraz edib.

Belə ki, istifadəçilərdən biri Murada "Pencək tutan, maşının qapısını açan?! Bir az sadə ol!" yazıb. Bu münasibət qarşısında susmayan sənətçi illər əvvəl müxtəlif ifaçıların komandasında assistent, menecer və prodüser kimi çalışdığını xatırladıb.

O, həmin dövrdə sənətçilərə gündəlik işlərində kömək etdiyini, şəxsi əşyalarını daşıdığını, bunun müqabilində ailəsinin dolanışığını təmin etdiyini bildirib. Murad Arif bütün zəhmətinə hörmətlə yanaşdığını vurğulayaraq bu cür işlərin sənət fəaliyyətinin adi bir hissəsi olduğunu qeyd edib.

Müğənni başqa paylaşımında da tənqidçilərə münasibətini ifadə edərək fikir azadlığının vacibliyindən danışıb. Hazırda 8 nəfərin onunla daimi işlədiyini açıqlayan sənətçi komanda üzvlərinin əməyinə diqqət çəkib və insanların işçilərin qazancına mane olmamağa çağırıb.

"Fəxr edirəm hər bir əziyyətimlə", - deyə Murad Arif bildirib.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar