Ru
11:42 / 07 Dekabr 2019

Abbas Səhhətin kirayədə yaşayan 94 yaşlı nəvəsi - VİDEO

4354
Azərbaycanın dahi şairi, dramaturq, eyni zamanda həkim olmuş Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı ötən ay tamam olub.

BakuPost REAL TV-yə istinadən xəbər verir ki, Q. Mehdiyeva şairin qız nəvəsidir. Daha doğrusu, sağ qalan yeganə qızı Dostuxanımın. O biri qızı Ruqiyyə sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən Abbas Səhhət ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.


Bu gün Qəmərxanım nənə yeganə oğlu ilə kirayədə qalır. Bir vaxtlar evləri olsa da, gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir:

“İndi 7-ci evdir dəyişirəm bu qoca vaxtımda. O evdən bu evə, bu evdən o evə köçürəm. Amma istəyirəm haqq dünyasına getmək üçün öz evim olsun. Çox arzulayıram o evi…”


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər