Ru
18:10 / 02 Sentyabr 2025

ABŞ-də Trampı təhdid edən qadın sərbəst buraxıldı

ABŞ-də Trampı təhdid edən qadın sərbəst buraxıldı
Eye

ABŞ məhkəməsi Prezident Donald Trampı öldürməklə hədələyən qadını həbsdən azad edib.

Bakupost.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Nyu-Yorkda yaşayan Natali Rouz Cons sosial şəbəkələrdə Trampı təhdid edən qeyri-adekvat paylaşımlar etdiyinə görə həbs edilib. Məlumata görə, o, ötən həftə ABŞ-nin keçmiş prezidenti Barak Obamanın təyin etdiyi hakim tərəfindən azadlığa buraxılıb.

Natali Rouz Cons daha sonra Trampı hədələmək ittihamı ilə mühakimə olunacaq. Onun tanışları bildiriblər ki, qadına şizofreniya diaqnozu qoyulub.

Bildirilir ki, dindirmə zamanı Cons Ağ Evin rəhbərini öldürməyə hazır olduğunu təsdiqləyib. Bundan əlavə, o, beş ştatda FTB-yə qarşı niyyəti barədə danışdığını da iddia edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar