Ukraynada qadınların hərbi xidmətə çağırılması planı nəzərdən keçirilmir. Hazırda belə qanun layihələri, rəsmi təşəbbüslər və ya daxili müzakirələr yoxdur.
"Bakupost" xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin bəyanatında bildirilib.
Komitə qadınların Ukrayna Müdafiə Qüvvələrinə yalnız könüllü əsaslarla qoşulduğunu vurğulayıb:
"Ukraynada qadınların səfərbərliyi aparılmır, hazırlanmır və ya nəzərdən keçirilmir".