Ru
19:57 / 25 Avqust 2026

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
Eye

2026/27 mövsümündə UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşməyi və Azərbaycan çempionu olmağı hədəfləyən “Qarabağ” daha iki futbolçu almağa hazırlaşır.


"Bakupost" xəbər verir ki, bu haqda QOL.az-a etibarlı mənbələrdən xəbər daxil olub.

Məlum olduğu kimi, Ağdam təmsilçisi bu yay transfer pəncərəsi dövründə 8 legioner futbolçu alıb. Lakin mövsümün gedişatında daha bir neçə oyunçunun transferi zərurəti yaranıb.

Bizə çatan xəbərə görə, danışıqlar aparılan ən azı iki oyunçunun alınması ilə bağlı prinsipial razılıq əldə edilib. Onların hər ikisi legionerdir.

Düzdür, hələlik həmin futbolçuların kimliyi və mövqeyi açıqlanmır. Buna səbəb kimi isə razılaşmanın son anda pozulmaması göstərilir.

Buna baxmayaraq, transferin bu həftə ərzində rəsmiləşəcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar