ABŞ-nin Miçiqan ştatında güclü qış fırtınası və buzlu yol şəraiti səbəbindən “İnterstate 196” magistralında 100-dən çox avtomobilin iştirakı ilə böyük zəncirvari qəza baş verib.
Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə Hadsonvill və Zilənd əraziləri arasında qeydə alınıb.
Miçiqan polisinin açıqlamasına görə, minik avtomobillərlə birlikdə təxminən 30-40 yük maşını da qəza zəncirinə düşüb. Güclü qar və duman səbəbindən sürücülər yolun görünüşünü itirərək nəzarəti itirib, nəticədə çoxsaylı toqquşmalar baş verib.
Qəza nəticəsində 12 nəfər yaralanıb, lakin ölüm hadisəsi barədə məlumat yoxdur. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yol müvəqqəti olaraq hər iki istiqamətdə tam bağlanıb, təmizləmə işləri və xilasetmə əməliyyatları saatlarla davam edib.
Cavid, BakuPost