Ru
18:11 / 13 Noyabr 2025

ABŞ-dən 32 şəxs və şirkətə sanksiya – İranın raket proqramı hədəfdədir

ABŞ-dən 32 şəxs və şirkətə sanksiya – İranın raket proqramı hədəfdədir
Eye

ABŞ Maliyyə Nazirliyi ballistik raket və pilotsuz uçuş aparatlarının istehsalında İrana dəstək verən 32 şəxs və şirkətə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, bu şəxslər və şirkətlər İran, BƏƏ, Türkiyə, Çin, Honq Konq, Hindistan, Almaniya və Ukraynada fəaliyyət göstərir. Nazirlik bildirib ki, bu sanksiyalar raket yanacağı da daxil olmaqla əsas komponentlərin tədarükünü pozmaq və Tehrana yardım edənlərin ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq məqsədini daşıyır.

Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehrana öncədən bəyan edilmiş nüvə materialı ehtiyatlarını mümkün olan ən qısa müddətdə təsdiqləməyə icazə vermək barədə çağırış edib.

Cavid,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar