Ru
22:27 / 15 Avqust 2026

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə bildiriş göndərdi

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə bildiriş göndərdi
Eye

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətlərin tətbiqindən azadolma müddətinin uzadılması ilə bağlı Konqresə bildiriş göndərib.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin rəsmi sənədlərində yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunub və ABŞ-nin Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər nəzərdə tutur. Sonrakı dövrdə ABŞ administrasiyalarına müəyyən şərtlər daxilində bu məhdudiyyətlərin tətbiqindən müvəqqəti imtina etmək səlahiyyəti verilib.

ABŞ Konqresinin sənədlərində həmçinin Azərbaycana yardım məsələsində 907-ci düzəliş üzrə azadolma mexanizmi ilə bağlı qanunvericilik təşəbbüslərinin də mövcud olduğu qeyd edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar