Ru
20:50 / 08 Avqust 2025

ABŞ Fələstini dövlət kimi tanımayacaq - Vens

ABŞ Fələstini dövlət kimi tanımayacaq - Vens
Eye

ABŞ Fələstini tanımaqdan imtina edərək HAMAS-ın məhv edilməsinin bir daha vacibliyini bəyan edib.

Bakupost.az “Röyters”ə istinadla xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Vens Fələstində fəaliyyət göstərən hökumət olmadığı üçün Vaşinqtonun Fələstin dövlətini real tanınmasının mümkün olmadığını bildirib.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nəyə nail olmaq istədiyini çox aydın şəkildə qeyd edib.

“İstəyirik ki, HƏMAS İsraildə günahsız insanlara hücum edə bilməsin. Buna isə, HƏMAS-ın kökünü kəsməklə nail olmaq mümkündür. ABŞ Prezidenti Qəzzadakı humanitar böhranın dəhşətli görüntülərindən çox təsirlənir. Ona görə də biz bu problemi həll etmək istəyirik”, - deyə Vens qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar