Ru
12:46 / 23 İyul 2025

Temperatur 50 dərəcəyə çatdı - Dövlət idarələri bağlandı

Temperatur 50 dərəcəyə çatdı - Dövlət idarələri bağlandı
Eye

İranda davam edən güclü istilər və artan enerji tələbatı səbəbindən bir sıra əyalətlərdə dövlət idarələrinin fəaliyyəti dayandırılıb və ya iş saatları azaldılıb.


Bakupost.az xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.


Qərar Tehran, Yəzd, Şimali Xorasan, Kerman, Lorestan, Mərkəzi, Mazandaran və Əlborz əyalətlərini əhatə edib. Əsas məqsəd elektrik və su şəbəkələrindəki təzyiqi azaltmaq, enerji istehlakını minimuma endirməkdir.


Qeyd olunur ki, ölkədə son günlərdə temperatur 50 dərəcəyə yaxınlaşıb, nəticədə elektrik enerjisi istehlakı rekord səviyyəyə çatıb. Bu da bəzi bölgələrdə elektrik və su kəsintiləri ilə nəticələnib. Hökumət bu səbəbdən fövqəladə tədbir olaraq bəzi əyalətlərdə istirahət günü elan edib.


Aysel,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar