Ru
10:33 / 30 May 2026

Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı

Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı
Eye

Ağdərə rayonu Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkar edilib.


Bakupost.az xəbər verir ki, aşkar edilən sümük feaqmentlərinin Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal edilir.

Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərovun axtarışları zamanı aşkarlanıb. Marqarita pizza

Qeyd edək ki, 1992-ci il mart ayının 12- si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər oğlu, onun həyat yoldaşı 1928 - ci il təvəllüdlü İsmayılova Saray Eyvaz qızı, qızları 1946 -cı il təvəllüdlü Ələsgərova Zabilə Balay qızı, 1954 - cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı və nəvəsi 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızının taleyindən heç bir xəbər alınmayıb.

Tapılan sümük fraqmentləri aidiyyatı qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar