Ru
10:53 / 30 May 2026

Ata 3 yaşlı oğlunu boğub öldürdü

Ata 3 yaşlı oğlunu boğub öldürdü
Eye

Türkiyənin Hatay vilayətində ata 3 yaşlı oğlunu amansızlıqla öldürüb.

Bakupost.az Lent.az-a istinadən bildirir ki, hadisə Yayladağı qəsəbəsində baş verib.

Həyat yoldaşı ilə boşanma mərhələsində olduğu bildirilən 28 yaşlı Məhəmməd Əmin Torluk naməlum səbəbdən oğlu Poyraz Yetkin Torluku boğaraq ödlürüb.

Hadisədən sonra şübhəli şəxs Köşrelik məhəlləsində yaşayan atasının yanına gedib. Oğlunun davranışlarından şübhələnən ata nəvəsinin harada olduğunu soruşsa da, cavab ala bilməyib və bu barədə Yayladağı Rayon Polis İdarəsinə məlumat verib.

Narkoman olduğu deyilən Məhəmməd Əmin Torlukun evinə gedən polis əməkdaşları Poyraz Yetkin Torlukun meyitini aşkarlayıblar. Bu zaman qaçmağa çalışan Torluk saxlanılıb.

Uşağın meyiti ekspertiza üçün morqa göndərilib. İstintaq tədbirlərindən sonra məhkəməyə çıxarılan ata barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, bələdiyyə qurumlarından birində fəhlə işləyən Torlukun boşanma mərhələsində olan həyat yoldaşı qısa müddət əvvəl İstanbula gedib. Poyraz Yetkinə isə həmin vaxt atasının ailəsi baxırmış.

Hadisə ilə bağlı araşdırma davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar