ABŞ 2026-cı il FİFA Dünya Çempionatında iştirak edəcək İran Milli Komandasının ölkədə qalmasına icazə verməyib.
Bakupost.az xəbər verir ki, bu səbəbdən İran millisi Meksikada qalmağa məcbur olacaq.
Plana əsasən, İran Milli Komandası Meksikanın Tixuana şəhərini baza kimi istifadə edəcək və ABŞ-dakı oyunlara buradan yollanacaq. G qrupunda yer alan İran; Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq.
Qrup oyunlarının ABŞ-nin Los-Anceles və Sietl şəhərlərində keçiriləcəyi bildirilir.
Gülsüm Baxşəliyeva, BakuPost