Ru
12:03 / 03 Fevral 2026

ABŞ-İran nüvə danışıqlarında son şans – Tramp xəbərdarlıq etdi

ABŞ-İran nüvə danışıqlarında son şans – Tramp xəbərdarlıq etdi
Eye

İran və ABŞ fevralın 6-da Türkiyədə nüvə danışıqlarını bərpa edəcək. Bu görüş Tehran üçün bu görüş “son şans” xarakteri daşıyır.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bölgəyə göndərilən böyük hərbi gəmilərə eyham vuraraq razılıq əldə olunmasa, pis nəticələrin qaçılmaz olacağı barədə rejimi xəbərdar edib.

İstanbulda keçiriləcək görüşdə ABŞ xüsusi nümayəndəsi Stiv Vitkof və İranın Xarici İşlər Naziri Abbas Araqçı uzunmüddətli nüvə mübahisəsini həll etməyə çalışacaqlar. Diplomatlar bildiriblər ki, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir də görüşdə iştirak edəcək və ikitərəfli, üçtərəfli formatlarda danışıqlar aparılacaq.

“ABŞ-ın İran yaxınlığında hərbi gəmilərin sayı artıb, yanvar ayındakı zorakılıqla müşayiət olunan hökumət əleyhinə etirazlardan sonra vəziyyət gərgin olaraq qalır”, – deyə Tramp bildirib:

“Bizim böyük və ən yaxşı gəmilərimiz İran istiqamətindədir. Danışıqlar gedir… Əgər razılıq əldə edə bilsək, yaxşıdır; əks halda, pis nəticələr qaçılmazdır”.

“Reuters”ə danışan İran mənbələri bildiriblər ki, ABŞ üç əsas şərt irəli sürüb: uranın zənginləşdirməsinin sıfıra endirilməsi, ballistik raket proqramına məhdudiyyət və regional proksilərə dəstəyin dayandırılması. Tehran bu tələbləri suverenliyə müdaxilə kimi qiymətləndirir, lakin ballistik raket proqramının ləğvi tələbini uranın zənginləşdirməsindən daha böyük əngəl hesab edir.

İranın Xarici İşlər Nazirliyi deyib ki, Tehran danışıqların bütün aspektlərini nəzərdən keçirir və iqtisadi sanksiyaların ləğvini prioritet hesab edir. Mənbələr əlavə ediblər ki, Tehran yüksək zənginləşdirilmiş uranın xaricə göndərməyə və zənginləşdirməni dayandırmağa hazırdır, lakin ABŞ hərbi resurslarının bölgədən çəkilməsi danışıqların başlanması üçün vacibdir. “İndi top Trampın meydançasındadır”, – deyə mənbə bildirib.

Ekspertlər və “Reuters” mənbələri xəbərdarlıq edirlər ki, əgər danışıqlar uğursuz olarsa, İran daxilində artıq çox gərgin olan ictimai qəzəb küçələrə çıxacaq. Yanvar ayındakı zorakılıq nəticəsində on minlərlə insan yaralanmış, minlərlə həyatını itirmişdi. ABŞ hərbi mövqelərinin artması isə etirazçılar daha cəsarətli edə bilər, təhlükənin qanlı nəticələr doğuracağı ehtimalı yüksəkdir.

ABŞ və İranın nüvə danışıqları, bölgədəki gərginliyin artdığı bir vaxtda, həm tərəflər, həm də region ölkələri üçün kritik mərhələdir. Diplomatik uğursuzluq və hərbi təzyiqin birləşməsi regional sabitliyi sarsıda və geniş geosiyasi nəticələr yarada bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar