20:15 / 22 Sentyabr 2021

“ABŞ miqrantlarla bağlı öhdəliklərini yerinə yetirmədi” - Ərdoğan

623
“ABŞ əfqan miqrantlar mövzusunda öhdəliklərini yerinə yetirmədi”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS kanalına müsahibəsində deyib.

“Hazırda ölkəmizdə qeydiyyatdan kənar 300 mindən çox əfqan miqrant var. Ölkəmizin bundan sonra miqrant qəbul etməyə gücü çatmaz. ABŞ əfqan qaçqınlarla bağlı daha çox iş görməliydi. 20 ildir niyə Əfqanıstandadır? Bu sualın cavabını özünə versin”, - deyə Ərdoğan qeyd edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər