Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
"Bakupost" xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ə. Osmanov “TikTok” sosial şəbəkəsində “ehdiparfum” adı ilə tanınır. Sentyabrın əvvəlində Əhdiman Osmanova aid olduğu iddia edilən nalayiq video sosial şəbəkələrdə geniş yayıldı və müzakirələrə səbəb oldu. O, ilkin olaraq iddiaların böhtan olduğunu və həqiqəti əks etdirmədiyini bildirsə də, daha sonra görüntülərin ona məxsus olduğunu etiraf edib.