Ru
10:59 / 16 Noyabr 2026

ABŞ-nin Bakıdakı səfirliyi maşınlarını satır - FOTO

ABŞ-nin Bakıdakı səfirliyi maşınlarını satır  - FOTO
Eye

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

"Bakupost" xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.

Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.

Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.



ABŞ-nin Bakıdakı səfirliyi maşınlarını satır  - FOTO
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar