Ru
15:09 / 13 Avqust 2025

ABŞ-Rusiya münasibətləri "qırmızı xətt"ə çatıb - Tramp radikal qərarlar verəcək

ABŞ-Rusiya münasibətləri "qırmızı xətt"ə çatıb - Tramp radikal qərarlar verəcək
Eye

“Alyaska görüşü böyük ehtimalla ABŞ-nin Rusiyaya qarşı radikal qərar qəbul edib-etməyəcəyini müəyyənləşdirəcək bir proses olacaq. Çünki Amerika və Rusiya arasındakı münasibətlər artıq qırmızı cizgilərə çatıb”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putinin avqustun 15-i Alyaskada baş tutması gözlənilən görüşünü şərh edərkən bildirib.

E.Xalidbəyli hesab edir ki, Alyaskada Rusiya indiyə qədər tutduğu mövqeni təkrarlasa, böyük ehtimalla görüş iflasa uğrayacaq:

“Bundan əvvəl də Kreml yalnız Rusiyanın maraqlarını nəzərə alaraq, ABŞ-nin, Avropa dövlətlərinin, ümumiyyətlə NATO-nun və eyni zamanda Ukraynanın kapitulyasiyası məzmunu daşıyan şərtlər daxilində sülh sazişi təklif etmişdi. Moskva tələb edir ki, Ukraynanın işğal olunmuş bütün əraziləri, ocümlədən Krım Rusiya ərazisi kimi tanınsın, Rusiyaya qarşı bütün sanksiyalar ləğv edilsin, hətta Ukraynada hakimiyyət dəyişdirilərək Rusiyayönlü siyasi qüvvələr hakimiyyətə gətirilsin.Yəni elə şərtlər irəli sürülür ki, bu şərtlər yalnız Ukraynanın deyil, eyni zamanda ABŞ-nin, NATO-nun və Avropa Birliyinin də Rusiya qarşısında kapitulyasiya aktı imzalanması anlamına gəlir. Təbii ki, Qərb siyasi dairələri bununla qətiyyən razı deyillər”.

Elçin Xalidbəyli qeyd edib ki, Qərb, xüsusən ABŞ müəyyən güzəştlərə hazırdır, amma bu, Rusiya tərəfindən irəli sürülən səviyyədə deyil:

“Əgər Rusiya bəzi iddialarından geri çəkilərsə və Trampın sülh planına razılaşarsa, o zaman savaşdan çıxmaq imkanı qazanacaq. Yox, əgər Rusiya indiyə qədər irəli sürdüyü şərtlərdə israr edərsə, Alyaska görüşündən dərhal sonra Tramp administrasiyasının Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq etməsi və Ukraynaya çoxlu silah göndərməsi böyük ehtimalla qaçılmaz olacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar