Ru
09:54 / 03 Mart 2026

ABŞ səfirliyinə PUA hücumu – Yanğın baş verdi – VİDEO

ABŞ səfirliyinə PUA hücumu – Yanğın baş verdi – VİDEO
Eye

Bu gün (martın 3-də) səhər saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ nin səfirliyi pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alındığı və nəticədə səfirlik binasında yanğın baş verdiyi bildirilib.

Bakupost.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, hadisə yerli Müdafiə Nazirliyinin ilkin qiymətləndirməsinə görə iki PUA zərbəsi nəticəsində baş verib və binada maddi ziyanla yanaşı yanğın qeydə alınıb.

Xarici xəbər agentliklərindən gələn məlumatlara görə, əraziyə müdafiə qüvvələri və yanğınsöndüən briqadaları cəlb olunub və yanğın qısa müddətdə nəzarət altına alınıb.

Hadisə səfirlik binasının boş olduğu vaxtda baş verib, buna görə də diplomat və işçi heyətindən xəsarət alan olmayıb.

“Reuters” və digər xarici mənbələr bu insidenti regional qarşıdurmanın bir hissəsi kimi qiymətləndirir. İran və ABŞ-İsrail arasında artan hərbi əməliyyatlar və cavab zərbələri fonunda Körfəz ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında, BƏƏ, Qatar və başqa regionlarda dron və raket hücumlarının intensivliyi yüksəlib.

Bu hücumdan əvvəl regionda digər ABŞ mərkəzləri və səfirliklərə qarşı hücum cəhdləri, eləcə də qismən ziyan və qarşıdurmalar barədə də xəbərlər yayılıb.



Səfirlik tərəfindən hələ rəsmi kəskin bəyanat verilməsə də, hücumdan sonra ABŞ diplomatik missiyası tərəfindən Amerikan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmək barədə xəbərdarlıqlar yayımlanıb. Ətraf ölkələrdə yerləşən ABŞ səfirlikləri üçün də əlavə təhlükəsizlik səviyyəsinin təmin edildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar