ABŞ Ukraynaya daha geniş hərbi dəstək göstərmək məqsədilə silah və sursat istehsalını artırmağa hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Vaşinqton müdafiə sənayesinin imkanlarını genişləndirərək Ukraynaya daha çox silah və sursat tədarük etməyi planlaşdırır.
Heqset bildirib ki, ABŞ eyni zamanda Avropa müttəfiqlərini Kiyevə dəstəkdə daha böyük məsuliyyət götürməyə təşviq edir. O vurğulayıb ki, Avropa ölkələri son dövrlərdə həm maliyyə, həm də hərbi yardımı əhəmiyyətli dərəcədə artırıblar.
Nazir bildirib ki, Vaşinqton müttəfiqləri ilə birlikdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və uzunmüddətli dəstəyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.