Ağ Evin rəsmi səhifəsi Trampın pinqvinlə əl-ələ tutub getməsini əks etdirən şəkil paylaşıb. Başlıq isə belədir: “Pinqvini qucaqla”. Təbii ki, söhbət Qrenlandiyadan gedir və şəkildə Qrenlandiyanın bayrağı da əks olunub.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
Politoloq bildirib ki, bir detal diqqətdən qaçıb - Qrenlandiyada pinqvin yaşamır:
“Ağ Ev Qrenlandiyanı Antarktida ilə səhv salıb. Əslində isə bu, gülməli deyil. Tramp administrasiyası üzvlərinin intellektual səviyyəsi ciddi suallar doğurur”.