Ru
23:07 / 24 Yanvar 2026

Nyu-Yorkda binada partlayış: ölən və yaralılar var

Nyu-Yorkda binada partlayış: ölən və yaralılar var
Eye

ABŞ-nin Nyu-York şəhərinin (ABŞ) Bronks rayonunda 17 mərtəbəli yaşayış binasının iki mərtəbəsində yanğın baş verib.

Bakupost.az xəbər verir ki, partlayışla müşayiət olunan yanğında bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Qeyd olunub ki, zərərçəkənlərdən biri ağır vəziyyətdədir.

Məlumata görə, yanğın nəticəsində təxminən 13 mənzilə ziyan dəyib.

Şəhərin meri Zöhran Mamdani bildirib ki, binadakı bütün kommunikasiyalar söndürülüb və 148 mənzilin sakinləri təxliyə edilib. Hakimiyyət orqanları onları yaxınlıqdakı məktəbə yerləşdiriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar