Ru
11:46 / 08 Aprel 2021

"Ağdamın yer üzündən silinməsinin şahidi olduq" - Səfir

1038
"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 57 ölkədən ibarətdir. Biz ilk dəfə işğaldan azad edilmiş ərazilərə getdik. Biz orada dağıntıların, Ağdamın yer üzündən silinməsinin şahidi olduq".

Bakupost.az xəbər verir ki, bunu Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, həmçinin münaqişədən əziyyət çəkən insanlarla da görüşüblər: “Gəncə şəhərində olduq. Raketlərin Gəncəyə vurduğu dağıntıları gördük. Məqsədimiz vəziyyəti yerində görmək, Azərbaycan hökuməti ilə müzakirələr aparmaq idi. Azərbaycan hökumətinə dəstək göstərəcəyik ki, həmin ərazilərdə həyatı yenidən bərpa etmək mümkün olsun. Biz üzv dövlətlərlə təmasları davam etdirəcəyik ki, Azərbaycana müvafiq dəstək göstərə bilək, orada məktəbləri, məscidləri bərpa edək. Biz şadıq ki, Azərbaycan öz torpaqlarını geri qaytardı”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər