Ru
12:44 / 09 Yanvar 2026

Ağdərənin 4 kəndinə köç karvanı yola salındı – FOTO

Ağdərənin 4 kəndinə köç karvanı yola salındı – FOTO
Eye

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakupost.az xəbər verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə olmaqla 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə olmaqla 119 nəfər, Heyvalı kəndinə 19 ailə olmaqla 74 nəfər, Çapar kəndinə isə 26 ailə olmaqla 96 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar