Ru
09:18 / 16 İyun 2026

Ağstafa sakini zirzəmidə yanaraq öldü

Ağstafa sakini zirzəmidə yanaraq öldü
Eye

Ağstafa sakininin yaşadığı evin zirzəmisində yanmış vəziyyətdə meyiti aşkar tapılıb.


Bakupost.az xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Bu gün səhər saatlarında kənd sakini 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı evin zirzəmisində yanğın baş verib. Edilən müdaxilə nəticəsində alov söndürülüb. Lakin ev sahibini xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar