Ru
09:00 / 16 İyun 2026

Paşinyan Bakının 1 nömrəli düşmənini tutdu – O, Azərbaycana gətirilir?

Paşinyan Bakının 1 nömrəli düşmənini tutdu –  O, Azərbaycana gətirilir?
Eye

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ötən gün ölkədən qaçarkən hava limanında saxlanılıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkidən sonra sabiq prezidentlər Köçəryan-Sərkisyanla bağlı cinayət işinə yenidən baxılacağının anonsunu verməsi bu baxımdan diqqət çəkir.

Bildiyimiz kimi, Robert Köçəryan və Serj Sərkisyan Azərbaycana qarşı çoxsaylı cinayətlərdə, o cümlədən Xocalı soyqırımında ittiham edilir.

Son proseslər fonunda Ermənistanın Köçəryanı Azərbaycana təhvil verməsi mümkündür?

Bakupost.az xəbər verir ki, globalinfo.az-a danışan beynəlxalq hüquqşünas Əlövsət Allahverdiyev nəzəri baxımdan mümkündür, amma praktikada çox çətin görünür deyib.

“Ermənistanda Köçəryana cinayət işi açılsa və o, həbs edilsə, İrəvan sonradan onun başqa dövlətə verilməsi məsələsinə baxa bilər. Lakin ekstradisiya (təhvilvermə) üçün adətən konkret ittihamlar, məhkəmə qərarları və iki dövlət arasında hüquqi prosedurlar tələb olunur. Hazırda Köçəryanın hava limanında ölkədən çıxışına məhdudiyyət qoyulduğu barədə məlumatlar yayılıb, amma onun Azərbaycana verilməsi ilə bağlı rəsmi məlumat yoxdur”.

Hüquqşünas qeyd edib ki, Xocalı qətliamı ilə bağlı Azərbaycan uzun illərdir, keçmiş Ermənistan rəhbərlərinin, o cümlədən Köçəryan və Sərkisyanın siyasi və hüquqi məsuliyyət daşıdığını bildirir:

“Lakin beynəlxalq hüquqda şəxsin başqa ölkəyə təhvil verilməsi üçün həmin ölkənin öz siyasi iradəsi ilə yanaşı, hüquqi əsasların da olması vacibdir.

Bundan əlavə, Ermənistan öz vətəndaşlarını xarici dövlətə vermək məsələsində tarixən çox ehtiyatlı mövqe tutub. Ona görə də, indiki siyasi şəraitdə Ermənistanın Köçəryanı Azərbaycana təhvil verməsi hüquqi baxımdan mümkün olsa da, siyasi baxımdan çox aşağı ehtimallı görünür. Qeyd etmək lazımdır ki, hazırda Ermənistan daxilində Köçəryan ətrafında baş verən proseslər daha çox daxili siyasi mübarizə və seçkilərdən sonrakı vəziyyətlə əlaqələndirilir”.

Şərhlər
  • Qafqaz Qartallı

    Yaxın-keçmiş Azərbaycanın özünə qarşı yetirdiyi həmin iki Vətəndaşı 1987ci ilin fevralından bu günə qədər tək Azərbaycanınmı, bütöv Qafqazımı, böyük güc SSRİ siyasətkarlarını, liderlərini üstələyib konstitusion Hüquqlarını azı 15 min günahsiz azərbaycanlının hərbi dəstəklənən qətliamına, milyona yaxın azərbaycanlı öğğailələrinin öz doğma ev-mülklrindən hərbi zorla qovmuş, Siyasi-Hüquqi hakimiyyətin nizama-razılaşmaya göndərdiyi tam hökumət vertolyotunu da qara qutusu ilə yox etmiş, Siyasi Hökmdərların bütün çoxillik cinayətləri dövrü də belə toxunulmaz, ən yüksək tarixi salnaməyə malik nəinki Qarabağı xarabazar etmiş, Ermənistana da Siyasi-*hüquqi* liderlik etmiş zəmanə *Qəhrəman*larıdırlar..

  • .Nizami Aliev

    Господа , "кочик" и есть основание что бы, его судили в Баку . А лучше в Ханкенди!

  • Muradov Bəhruz

    Köçəryan Dağlıq Qarabağ MV -dən olduğuna görə Azərbaycan vətəndaşı sayılır buna görə də Azərbaycana təhvil verilə bilər

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar