Ru
19:54 / 30 Oktyabr 2026

Aqil Abbas kimə ev verilməsini istəyir?

Aqil Abbas kimə ev verilməsini istəyir?
Eye

Milli Məclisin deputatı Aqil Abbas Ağdam və Füzulidən olan, lakin hazırda başqa ərazilərdə yaşayan şəxslərin doğma yurdlarında tikilən evlərdən yararlana bilməməsi məsələsini gündəmə gətirib.

"Bakupost" xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı atasından qalma evin Ağdam şəhərinin mərkəzində yerləşdiyini, amma ailədə beş bacı və iki qardaş olmasına baxmayaraq, onların heç birinə ev düşmədiyini bildirib.

Qaçqın və ya məcburi köçkün statusu daşımadığını deyən deputat, ata mülkünün yerində tikilən evlərdən niyə ona və ailə üzvlərimə pay düşməməli olduğunu sual edib. Həmçinin qeyd edib ki, Ağdamdan, eləcə də Füzulidən olan çoxsaylı insanlar bu məsələ ilə bağlı ona çoxsaylı müraciət edirlər.

Bu əsasda deputat xahiş edib ki, gələcəkdə bu məsələnin həllinə kömək göstərilsin.
Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və bu çıxışla görülən işlərə ləkə saldığını bildirib.

Deputat Aqil Abbas “Bakupost”a bildirib ki, məsələni təkcə özü üçün qaldırmayıb: “Demişəm ki, qanun köçkün olmayanlara həmin ərazilərdə ev verilməsinə yol vermir. Yalnız məcburi köçkünlərə verilir. Bunun nəzərə alınmasının vacib olduğunu qeyd etmişəm”.

Amma deputat məsələni yenidən qabarmaq niyyətində deyil:

“Bir dəfə sözümü dedim. Dava, mübahisə etmirəm ki? Amma ev versələr, gedib Ağdamda yaşayaram. Lakin söhbət məndən getmir. Mən və mənlərdən gedir. Ağdam qeydiyyatı olmayan, 50 ildir Bakıda yaşayan, amma orada mülki olan insanlara da ev verilməlidir. Qanun buna yol vermir, ona görə də ona baxılmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar