Ru
18:35 / 30 Oktyabr 2026

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib?

Şiddətli töhmət alan baş həkimə yüksək vəzifə verilib?
Eye

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Fikrət Cəfərova direktor vəzifəsinin icrası tapşırılıb. Bu barədə mediada məlumat yayılıb.


"Bakupost" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-a verilən açıqlamada Fikrət Cəfərovun direktor vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

Qurumdan qeyd olunub ki, xidməti zərurətlə əlaqədar direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.

Xatırladaq ki, iddiaya görə, Fikrət Cəfərova oktyabrın 8-də TƏBİB-in əvvəlki icraçı direktoru Anar Bayramovun əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Buna səbəb TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin araşdırması zamanı aşkarlanan əmək və icra intizamı pozuntuları göstərilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar