Ru
21:06 / 15 Sentyabr 2021

“Aİ-92” markalı benzin də bahalaşacaq

5621

"Bu, artıq neçənci dəfədir ki, baş verir. Hər dəfə SOCAR belə izahat verir ki, adıçəkilən benzin markaları Azərbaycanda istehsal olunmur. Bu, yetərli arqument sayıla bilməz. Bu halda ortaya sual çıxır: Niyə ölkəmizdə istehsal olunmur? Əgər doğrudan da idxal bizi hər dəfə bu addımı atmağa təhrik edirsə, deməli, təcili olaraq bu benzin markalarını istehsal edən zavodlar tikməliyik. Digər yandan qiymətlərə bazar diqtə edirsə, “Aİ-92” markalı benzinin da qiymətlərində enmələri müşahidə etməliyik. Lakin bunlar baş vermir”.


Bakupost.az xəbər verir ki, bunu Ayna.az - a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benizinin qiymətinin qalxmasına münasibət bildirərkən deyib.



Deputat qeyd olunan məsələni Milli Məclisin plenar və komitə iclaslarında qaldıracağını bildirib:

“Hər kəsə məlumdur ki, koronavirus infeksiyası uzun müddətdir dünya ölkələrini, o cümlədən Azərbaycanı əldən salıb. Faktiki olaraq bir çox sahələr iflic vəziyyətinə düşüb. Çoxlu sayda iş yerləri ya bağlanıb, ya da fəaliyyətsiz duruma gəlib. Əhalinin sosial-iqtisadi durumu pisləşib. Bunu etiraf etmək lazımdır. Belə bir dövrdə qiymət artımlarına getmək yolverilməzdir. İstər daxili, istərsə də xarici faktorların təsiri nəticəsində baş versə belə buna getmək olmaz. Bir halda ki, qiymət artımları var, maaş və pensiyaların, işsizlik müavinətlərinin artırılması məsələsinə baxılmalıdır. Demək olar, hər həftə, hər ay qiymətlər dəyişir. Əhali isə çatdıra, ayaqlaşa bilmir, böyük maddi sıxıntılar keçirir”.

V. Əhmədov əlavə edib ki, “Aİ-92” markalı benzinin də bahalaşacağı gözlənilir:

“Bir daha qeyd etmək istəyirəm, əgər xarici amillər benzin qiymətlərinin bahalaşmasına səbəb olursa, bu halda ölkəmizdə istehsal olunan yanacaq markalarının qiymətləri enməlidir. Göründüyü kimi, bu, baş vermir. Hesab edirəm ki, qarşıdakı dövrlərdə “Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər