Ru
11:24 / 12 May 2026

Akif İslamzadənin durumu ilə bağlı açıqlama

Akif İslamzadənin durumu ilə bağlı açıqlama
Eye

Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.

Bakupost.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:

"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".

Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar