Ru
10:33 / 19 Oktyabr 2020

Aktyor Qarabağa aid sualı milyonların qarşısına çıxardı VİDEO

2120
Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu tvitterdə aktiv şəkildə Azərbaycana dəstəyini nümayiş etdirib.

"BakuPost" xəbər verir ki, aktyor aparıcılıq etdiyi “Kim milyoner olmaq istəyir?” proqramının sonuncu buraxılışında iştirakçıya Qarabağla bağlı “Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?”,- sualı verilib.

Kənan İmirzalıoğlu həmin kadrı da tvitter hesabında paylaşaraq “Bütün dünya bu cavabı yəqin ki, bilir”- şərhini yazıb.

Qeyd edək ki, Kənan bundan əvvəl də tvitter hesabında Gəncə terroru ilə bağlı paylaşım edib.
Onun ilk tviti uşaqların qətliamı ilə bağlı olub: “Uşaqların öldüyü yerdə insanlıqdan nifrət etməmək mümkün deyil”.

Daha sonra aktyorun “Vətənmi istədiniz beşikdəki körpədən?” statusu ötən gün Türkiyə və Azərbaycan sosial şəbəkə istifadəçilərinin ən çox yaydığı paylaşım olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər