Ru
14:11 / 19 Avqust 2026

Alen Simonyandan Azərbaycanla bağlı yeni açıqlama

Alen Simonyandan Azərbaycanla  bağlı yeni açıqlama
Eye

Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan Azərbaycan, Türkiyə ilə əməkdaşlığı davam etdirməyin tərfdarıdır.

"Bakupost" Modern.az-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi postundakı prioritetlərindən danışan Simonyan 24news.am saytına müsahibəsində bildirib ki, o, Ermənistanın qonşu dövlətlər, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafı istiqamətində işləri davam etdirmək niyyətindədir.

“Mən demişəm ki, açıq olacağam, amma elə məqamlar var ki, onlar haqqında hələlik ictimai şəkildə danışa bilmərəm. Təbii ki, bütün qonşu ölkələr – Azərbaycan, Türkiyə ilə əməkdaşlığımız davam edəcək. Bu istiqamətlərdə işlər davam etdiriləcək və düşünürəm ki, yaxın gələcəkdə bunu görəcəyik”, – deyə o qeyd edib

Alen Simonyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırılmasını qiymətləndirməyi düzgün hesab etməyib, eyni zamanda onun dövlət xidmətinə qayıdacağını gözlədiyini vurğulayıb.

Qriqoryanın vəzifəsindən azad edilməsi barədə son anda xəbərdar edilməsinin düzgün olub-olmaması sualını cavablandıran Simonyan baş verənlərə qiymət verməkdən imtina edib:

“Mən belə qiymətləndirmələr verə bilmərəm və bunun düzgün, ya səhv olduğunu heç cür şərh etməyi düzgün hesab etmirəm. Bu, işdir”, – deyə o bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar