Hörmüz boğazından gəmi keçidləri İran müharibəsindən sonra tətbiq edilən blokadanın nə vaxt və necə aradan qaldırılacağı ilə bağlı qeyri-müəyyənlik səbəbindən azalıb.
“Bakupost” xəbər verir ki, çərşənbə axşamı boğazdan cəmi 6 ticarət gəmisi keçib. Bir gün əvvəl bu rəqəm 9, son 10 günün gündəlik ortalaması isə 11 gəmi olub.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirsə də, İran boğazın gəmi hərəkəti üçün bağlı olduğunu açıqlayıb.
Müharibədən əvvəl dünya üzrə xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından həyata keçirilirdi.
Təhlükəsizlik narahatlıqları səbəbindən iki böyük Çin gəmiçilik şirkəti də iyulun sonundan etibarən tankerlərini Hörmüz və Babülməndəb boğazlarından uzaq tutub.
Vüsalə Hüseynova,
BakuPost