Ru
15:15 / 15 Yanvar 2026

Ali Məhkəmə iş adamı barədə qərar verdi

Ali Məhkəmə iş adamı barədə qərar verdi
Eye

Ali Məhkəmədə ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Oxu.Az-a E.Verdiyevin vəkili Asim Abbasov deyib.

O bildirib ki, məhkəmə şikayəti araşdırsa da, təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda günahlandıraraq Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə Ramin Niyazovun verdiyi şikayəti təmin etməyib, Eldəniz Verdiyev barəsində bəraət qərarı çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlamışdı. R.Niyazov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar